Ucar sakini su kanalında boğuldu

HADİSƏ
21:00 09.08.2021
228
Ucar sakini kanalda çimərkən boğularaq ölüb.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə axşam saatlarında rayonun Rəstəcə kəndində baş verib. Rəstəcə kənd sakini, 48 yaşlı Yadigar Vahid oğlu Abbasov dostları ilə Qazyan kanalında çimərkən boğulub. Meyit sakinlərin köməkliyi ilə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR