Ucarda 7 otaqlı ev külə döndü - VİDEO

Ucarda 7 otaqlı ev külə döndü - VİDEO
SOSİAL
19:55 10.02.2018
1228

Ucarda yanğın hadisəsi qeydə alınıb.

AZXEBER.COM xezerxeber.az-a istinadən bildirir ki, hadisə gecə saatlarında rayonun Qazıqumlaq kəndində baş verib. Kənd sakini Dursun Kərimovaya məxsus 2 mərtəbəli, 7 otaqlı ev qısa zamanda alovlanıb. Ev sahibinin sözlərinə görə, yanğına səbəb odun sobası olub. Hadisə yerinə ilk gələn qonşu və qohumları olub və onların köməkliyi ilə ev sakinləri evdən çıxarılıb. Yanğın zamanı alov güclü olduğundan ev sakinləri evdən çətinliklədə olsa çıxarılsa da, evdən heç bir əşya çıxarmaq mümükün olmayıb. Dərhal hadisə yerinə Ucar dövlət yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR