Ucarda avtomobil piyadanı vuraraq öldürüb

Ucarda avtomobil piyadanı vuraraq öldürüb
SOSİAL
18:30 05.10.2024
289
Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakl-Qazax yolunun rayonun Təzə Şilyan kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Göyçayın Alpoud kənd sakini İslamov Elçin Azər oğlunu vurub. Ağır bədən xəsarətləri alan yaralı elə hadisə yerində dünyasını dəyişib.
 
///report

Fakt araşdırılır.
OXŞAR XƏBƏRLƏR