Ucarda avtomobil velosipedçini vuraraq öldürüb - FOTO

Ucarda avtomobil velosipedçini vuraraq öldürüb - FOTO
SOSİAL
20:53 09.11.2022
143

Ucarda velosipedçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qaradağlı kəndindən keçən hissəsində qeydə alınıb.

"Mercedes Vito" markalı avtomobil yolu keçən velosipedçi, rayonunun Qaradağlı kənd sakini, 1966-cı il təvəllüdlü Əbülfət Sabir oğlu Həsənovu vurub.

Ağır xəsarət alan Əbülfət Həsənov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR