Ucarda ər-arvad faciəli şəkildə öldü

Ucarda ər-arvad faciəli şəkildə öldü
SOSİAL
14:28 24.10.2018
5524
Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən AZXEBER.COM-a verilən məlumata görə, oktyabrın 23-də saat 13 radələrində Ucar rayonunun Qaradağlı kəndi ərazisində Gədəbəy rayon sakini Elman Məmmədov idarə etdiyi "VAZ-21063” markalı avtomobili yolun kənarındakı dirəyə vurub.

Nəticədə E.Məmmədovun sərnişini - arvadı Solmaz hadisə yerində, özü isə xəstəxanaya aparılarkən yolda ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR