Ucarda iki gün öncə baş verən qəzada xəsarət alanlardan biri ölüb.
AZXEBER.COM-un APA-nın yerli bürosuna istinadən xəbərinə görə, xəstəxanada ölən şəxs 1964-ci il təvəllüdlü Xatirə Əmrah qızı Mahmudovadır.
Qeyd edək ki, hadisə Ucar rayonunu Yuxarı Şilyan kənd yolunda baş verib. İki minik maşınının toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.










































