Ucarda yanğın: Xəsarət alan ana və uşaq Bakıya göndərildi

Ucarda yanğın: Xəsarət alan ana və uşaq Bakıya göndərildi
SOSİAL
20:16 25.12.2017
951
Ucar rayonunda fərdi yaşayış evində yanğın olub.
 
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axsam saatlarında rayonun Qarabörk kəndində baş verib.
 
Rayon sakini, 1967-ci il təvəllüdlü Rais Əlsurət oğlu Məmmədova məxsus evdə güclü yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
 
Yanğın zamanı 54 yaşlı Ünbilbani Məlik qızı Məmmədova və 2 yaşlı Turan azad oğlu Əhmədli yanıq xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərildikdən sonra paytaxta göndərilib.
OXŞAR XƏBƏRLƏR