‘Çudo Peçka’ yeni çizkeyklər təqdim edir - FOTOLAR

DÜNYA
10:07 22.06.2012
3232

Yayın sərinləşdirici desertlərindən olan çizkeyk ilk dəfə qədim Yunanıstanda hazırlanıb. Yüngül kəsmikli şirniyyat... Onun haqqında ancaq bu hissləri ifadə etmək olur – yüngül, ləziz, sərin, zərif.

Bu ləziz şirniyyat barədə ilk dəfə bizim eradan əvvəl VII – VI əsrlərdə bəhs olunur. “Placenta” adlanan həmin şirniyyat Olimpiya oyunlarında çıxış edən atletlərə fiziki gücün qorunması və tonusun qaldırılması üçün verilib.

İndi isə çizkeykin təzə meyvə dadını duymaq, enerji yığmaq üçün nə qədim Yunanıstana qayıtmaq lazımdı, nə də hazırda bu desserti ən çox istifadə edən şəhərlərdən Nyu-Yorka. Yaxınlıqdakı “Çudo Peçka”ya baş çəkib sizə təqdim olunan cürbəcür çizkeyklərdən istənilən birini almaq kifayətdir. Şokoladlı, kəsmikli və klassik çiyələkli növlərdə olan üç yeni çizkeyk öz unikal dadı ilə hər gününüzə dad qatmağa qadirdir.

OXŞAR XƏBƏRLƏR