Uduzan boksçu hakimi belə döydü - VİDEO

İDMAN
10:31 22.10.2014
1876

Məşqçilər, izləyicilər və digər hakimlər rinqə axışıb.

Xorvatiyada keçirilən gənclər arasında Boks üzrə Avropa Çempionatında qalmaqallı hadisə yaşanıb.AZXEBER.COM-un ANS Press-ə istinadən məlumatına görə, rinqdə döyüşdə məğlub olan qırmızı geyimli boksçuVido Lonkarməğlubiyyətini qəbul edə bilməyib.

Lonkar rəqib döyüşçünün qələbəsini elan etmək üçün rinqə gələn hakimə hücum edərək ona yumruq zərbələri endirib.

Məşqçilər, izləyicilər və digər hakimlər rinqə axışıb. Hakimi döydükdən sonra boksçu rinqdən uzaqlaşıb.

Videonu təqdim edirik:

OXŞAR XƏBƏRLƏR