UEFA Avropa Liqası: "Bayer 04" - "Qarabağ" oyunu azarkeş sayına görə 6-cı olub

İDMAN
11:00 28.10.2023
226
UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı müəyyənləşib.

Almaniyada yerli "Bayer 04" və "Qarabağ" arasında baş tutan qarşılaşma 6-cı sırada yer alıb.

"Bay Arena"dakı görüşdə 29039 tamaşaçı olub.

Ən çox fanat isə "Marsel" (Fransa) - AEK (Yunanıstan) matçında (65092 nəfər) qeydə alınıb.

Qeyd edək ki, "Qarabağ" səfərdə rəqibinə 1:5 hesabı ilə uduzmuşdu.
OXŞAR XƏBƏRLƏR