UEFA Avropa Liqasının və Konfrans Liqasının final oyunları İstanbulda keçiriləcək

İDMAN
19:58 22.05.2024
250
2026-cı il UEFA Avropa Liqasının, 2027-ci ildə isə Konfrans Liqasının final görüşləri Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Bu barədə qərar UEFA İcraiyyə Komitəsinin İrlandiyanın paytaxtı Dublində təşkil olunana iclasında qəbul edilib.

Avropa Liqasının həlledici görüşü "Tüpraş" stadionunda keçiriləcək. Konfrans Liqasının final matçını qəbul edəcək stadionun adı isə açıqlanmayıb.

Qeyd edək ki, 2019-cu ildə UEFA Super Kubokunun final matçı "Beşiktaş" klubunun ev oyunlarını keçirdiyi "Tüpraş" stadionunda baş tutub.
 

OXŞAR XƏBƏRLƏR