UEFA-nın İcra Komitəsi Avro-2020-nin final mərhələsinin matçlarının keçirilməsinə maraq göstərən milli assosiasiyaların siyahısını təsdiq edib.
AZXEBER.COM-un UEFA-nın saytına istinadən verdiyi xəbərə görə, 32 milli assosiasiya oyunların keçirilməsinə öz namizədliyini irəli sürüb.Namizədliyi irəli sürülən şəhərlərin ilkin siyahısı belədir: İngiltərə (London), Azərbaycan (Bakı), Ermənistan (İrəvan), Belarus (Minsk), Belçika (Brüssel), Bolqarıstan (Sofiya), Makedoniya (Skopye), Macarıstan (Budapeşt), Almaniya (Münhen), Yunanıstan (Afina), Danimarka (Kopenhagen), İsrail (Yerusəlim), İrlandiya (Dublin), İspaniya (Madrid, Barselona, Bilbao, Valensiya), İtaliya (Roma, Milan), Qazaxıstan (Astana), Niderland (Amsterdam), Polşa (Varşava, Xojuv), Portuqaliya (Lissabon, Portu), Rusiya (Sankt-Peterburq), Rumıniya (Buxarest), Serbiya (Belqrad), Türkiyə (İstanbul), Ukrayna (Kiyev, Donetsk), Uels (Kardiff), Finlandiya (Helsinki), Fransa (Lion), Xorvatiya (Zaqreb), Çexiya (Praqa), İsveçrə (Bazel), İsveç (Solna) və Şotlandiya (Qlazqo).