UEFA Türkiyə-Avstriya oyunun qəhrəmanını cəzalandıra bilər.
AZXEBER.COM xəbər verir ki, Türkiyə yığmasının üzvü Merih Demiralı Avstriya ilə matçdakı qol sevincini "bozqurd” işarəsi ilə qeyd etdiyinə görə UEFA-nın nizam-intizam Komitəsi araşdırmalara başlayıb.
İddialara görə "bozqurd” işarəsi Avstriya dövləti ərazisində qadağan edildiyindən Merih bu formada etirazını nümayiş etdirib.
Qeyd edək ki, bu işarə UEFA-nın qadağan edilən simvolları siyahısındadır.