UEFA Burakın cəzasını ləğv etmədi

UEFA Burakın cəzasını ləğv etmədi
10:42 06.04.2013
918
UEFA “Qalatasaray”ın futbolçusu Burak Yılmazın Çempionlar Liqasının 1/4 finalının “Real”la matçında aldığı sarı vərəqənin ləğvi üçün şikayət ərizəsinə cavab verib.UEFA İntizam Komitəsinin 20-ci maddəsini əsas tutaraq "Qalatasaray"ın şikayətini qəbul etməyib. Bu maddənin şərtlərində isə bildirilir: "Oyun zamanı hakim tərəfindən verilən qərarlar son qərardır və İntizam Komitəsi tərəfindən müzakirə edilə bilməz. Yalnız bir halda qərar dəyişririlə bilər ki, hakim səhvən başqa futbolçunu cəzalandırsın". Ona görə də, UEFA "Qalatasaray"ın şikayətini qəbul etməyib.Qeyd edək ki, hakim Buraka onu aldatdığıüçün sarı vərəqə verib. Lakin təkrar kadrlardan görünür ki, futbolçu qəsdən yıxılmayıb, rəqib futbolçu açıq-aşkar onunayağını tapdalayıb.
OXŞAR XƏBƏRLƏR