UEFA daha bir klubu cəzalandırdı

İDMAN
07:29 23.08.2012
1437

UEFA Nizam-İntizam Komitəsi Makedoniyanın "Rabotniçki" klubunu cəzalandırıb.

AZXEBER.COM-un məlumatına görə, ali futbol qurumu Skopye təmsilçisini bir illiyə avrokuboklardan kənarlaşdırıb.

Buna isə ötən mövsüm Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində İtaliyanın "Latsio" klubu ilə oyundan sonra "Rabotniçki" komandasının iki futbolçusunun dopinq testinin müsbət çıxması səbəb olub.

Makedoniya klubunun iki futbolçusu - Milovan Petroviç ve Dino Najdosk dopinqdən istifadə etdikləri üçün hər iki futbolçu 1 il ərzində futbol oynamaqdan məhrum ediliblər. "Rabotniçki" klubu isə qarşıdakı 4 il ərzində avrokuboklara vəsiqə qazanacağı təqdirdə 1 il beynəlxalq arenadan kənarda qalacaq.

Üstəlik komandaya 30 min avro pul cəzası tətbiq olunacaq. Komandanın həkimi Mihaylo İvanovskiyə 2, fizioterapevt Darko Velçevskiyə 3 illik cəzatətbiq olunub.

Qeyd edək ki, "Latsio" - "Rabotniçki" oyunu 6:0 hesabı ilə İtaliya təmsilçisinin xeyrinə başa çatmışdı.

OXŞAR XƏBƏRLƏR