UEFA "Barselona"nın düşərgəsində qəfil yoxlama aparıb.
Kataloniya klubunun futbolçuları dopinq-testdən keçməli olublar.
UEFA nümayəndələri "Barsa"nın məşqinə bu gün qəflətən təşrif buyurublar. Onlar kataloniyalıların birdən-birə 10 futbolçusundan analiz götürüblər. Analizlər Ter Şteqen, Pike, Rakitiç, Buskets, Xavi, İnyesta, Suares, Messi, Dani Alveş və Albadan götürülüb.
UEFA belə gizlin, qəfil yoxlamaları çoxdan həyata keçirir.