UEFA-dan "Xəzər Lənkəran”a ödənilən pul vəsaiti klubun hesabına köçürülüb.
AZXEBER.COM-un məlumatına görə, 2015-2016-cı il mövsümü üçün uşaq futboluna görə UEFA tərəfindən ayrılan 51 min 104 avro əyalət klubuna ödənib.
Bir müddət UEFA tərəfindən AFFA-ya göndərilən məbləği saxlayan sonuncular qitə futbol qurumuna müraciət göndərmişdi. Cənubluların yaranan borc öhdəlikləri ilə əlaqədar UEFA-ya yönələn sorğuya gələn cavabda maliyyə vəsaitinin müvafiq qaydada "Xəzər Lənkəran" klubunun hesabına köçürülməsi qeyd olunub.
Bu gün də vəsait AFFA tərəfindən "Xəzər Lənkəran” klubunun hesabına köçürülüb.