UEFA İntizam Komitəsi Rusiya milli komandasının və “Zenit” klubunun futbolçusu Vladimir Bıstrovu cəzalandırıb.AZXEBER.COM-un məlumatına görə, yarımmüdafiəçi qarşıdakı 3 avrokubok matçından diskvalifikasiya olunub.
O, Çempionlar Liqasının V turunda İspaniya “Malaqa”sı ilə oyun zamanı qırmızı vərəqə alıb. Bıstrov 2:2 hesablı heç-heçə ilə başa çatan qarşılaşmanın ardından baş hakim Oleqariu Benkerensa ilə kobud formada mübahisəyə girişib. Portuqaliyalı referi futbolçuya qırmızı vərəqə göstərib. UEFA isə Bıstrovun hərəkətini yolverilməz sayıb.
Qeyd edək ki, Vladimir Bıstrov Çempionlar Liqasının son turunda İtaliya “Milan”ı ilə matçı, habelə növbəti qitə miqyaslı turnirlərdə daha 2 görüşü buraxacaq.