UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin ilk oyunlarının ən yaxşı futbolçusu müəyyənləşib.
AZXEBER.COM AZƏRTAC-a istinadla xəbər verir ki, İngiltərənin "Liverpul" klubunun braziliyalı hücumçusu Roberto Firmino azarkeşlər arasında aparılan sorğuya əsasən, ən yaxşı oyunçu adına layiq görülüb.
İyirmi beş yaşlı hücumçu bu nominasiyada Heung-Min Son ("Tottenhem", İngiltərə), Jerar Pike ("Barselona", İspaniya) və Frenk de Yonqu ("Ayaks", Hollandiya) qabaqlayıb.
Firmino dörddəbir finalında doğma meydanda Portuqaliyanın "Portu" klubunu məğlub etdikləri matçda (2:0) bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, qalib UEFA-nın saytında aparılan səsvermə nəticəsində müəyyənləşib.