UEFA Çempionlar Liqası: "Qalatasaray" öz meydanında uduzdu

UEFA Çempionlar Liqası: "Qalatasaray" öz meydanında uduzdu
İDMAN
23:49 25.11.2025
176
UEFA Çempionlar Liqasında əsas mərhələnin beşinci turunun ilk oyunları keçirilib.

AZXEBER.COM xəbər verir ki, gecənin ilk maraqlı qarşılaşması İstanbulda baş tutub. "Qalatasaray" doğma azarkeşləri önündə "Royal Yunion"u qəbul edib.

Gözləntilərin əksinə olaraq, Türkiyə çempionu məğlub olub və meydandan xalsız ayrılıb - 0:1.

Paralel olaraq keçirilən digər oyunda "Qarabağ"ın keçmiş və gələcək rəqibləri "Benfika" və "Ayaks" üz-üzə gəliblər. Portuqallar səfər matçında inamlı qələbə qazanıblar - 0:2.
OXŞAR XƏBƏRLƏR