UEFA Çempionlar Liqası: "Sabah" - "Borussiya" oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR-3

UEFA Çempionlar Liqası: "Sabah" - "Borussiya" oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR-3
İDMAN
21:34 20.10.2026
168
"Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda ilk hissə başa çatıb.

AZXEBER.COM-un məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən matçda tərəflər fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

Qarşılaşmanı ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas idarə edir.
 
21:27
 
"Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda ikinci qol vurulub.

AZXEBER.COM-un məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən matçda Azərbaycan çempionu hesabı bərabərləşdirib - 1:1.

39-cu dəqiqədə Eyden Makkarti adını tabloya yazdırıb.
 
21:00
 
"Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda ilk qol vuurlub.

AZXEBER.COM-un məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən matçda qonaq komanda hesabda irəli çıxıb - 1:0.

10-cu dəqiqədə Seru Qirassi fərqlənib.
 
20:48
 
"Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyunu başlayıb.

AZXEBER.COM-un məlumatına görə, matç Bakı Olimpiya Stadionunda keçirilir.

Qarşılaşmanı ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas idarə edir.
 

OXŞAR XƏBƏRLƏR