UEFA Çempionlar Liqası: TNS - "Sabah" oyunu başlayıb

UEFA Çempionlar Liqası: TNS - "Sabah" oyunu başlayıb
İDMAN
21:35 14.07.2026
223
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin TNS (Uels) - "Sabah" oyunu start götürüb.


AZXEBER.COM xəbər verir ki, qarşılaşma "Park Holl" stadionunda keçirilir.

Matçın baş hakimi ispaniyalı Mateo Buskets Ferrerdir.

Bu cütün qalibi növbəti mərhələdə "Vardar" (Şimali Makedoniya) – "Kups" (Finlandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.

Xatırladaq ki, tərəflər arasında Bakıda keçirilən ilk görüşdə "Sabah" 2:0 hesablı qələbə qazanıb.
OXŞAR XƏBƏRLƏR