UEFA Çempionlar Liqasının bütün yarımfinalçıları məlum oldu

İDMAN
10:00 11.04.2013
1815
UEFA Çempionlar Liqasının ¼ final mərhələsi başa çatdı.AZXEBER.COM-un məlumatına görə, “Real” və “Borrusiya”nın ardınca “Barselona” və “Bavariya” da yarımfinala vəsiqə qazanıb.“Barselona” turnirdə mübarizəni dayandırmaq təhlükəsi ilə üz-üzə idi. Kataloniyalıların Fransanın PSJ klubu ilə Parisdə keçirdiyi ilk oyun 2:2 hesablı heç-heçə ilə bitmişdi. İspaniyada keçirilən qarşılaşmada qonaqlar hesabda irəli çıxsalar da, Pedronun bərabərlik qolu “Barselona”nı Çempionlar Liqasında saxlayıb.İlk oyunda öz meydanında “Yuventus”u 2:0 hesabı ilə məğlub edən “Bavariya” cavab oyununda da eyni nəticəni göstərib və İtaliya klubunu mübarizədən kənarlaşdırıb.
OXŞAR XƏBƏRLƏR