UEFA Çempionlar Liqasının ən yaxşı futbolçusunun adını açıqlayıb

UEFA Çempionlar Liqasının ən yaxşı futbolçusunun adını açıqlayıb
DÜNYA
19:45 03.06.2024
167
"Real Madrid" və Braziliya millisinin yarımmüdafiəçisi Vinisius Junior Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) tərəfindən 2023/24 Çempionlar Liqasının ən yaxşı oyunçusu seçilib.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Çempionlar Liqasının ən yaxşı gənc oyunçusu turnirin 11 matçında dörd qol vuran və beş məhsuldar ötürmə verən komanda yoldaşı Jude Bellingham olub.

Qeyd edək ki, 2024-cü ildə Çempionlar Liqasının finalında "Real Madrid" Dortmund Borussiyasını məğlub edib. Londonun "Uembli” stadionunda keçirilən görüş 2:0 hesabı ilə başa çatıb. İlk hissədə tamaşaçılar qol görməyiblər. İkinci hissədə Daniel Karvaxal hesabı açıb. O, 74-cü dəqiqədə fərqlənib. Doqquz dəqiqə sonra Vinisius Junior madridlilərin fərqini dubl edib.
Real Madrid 15 dəfə turnirin qalibi olub ki, bu da rekord göstəricidir. "Borussiya"nın 1997-ci ildə əldə etdiyi bir qələbəsi var. Ötən mövsüm Çempionlar Liqasını İngiltərənin "Mançester Siti"si qazanaraq tarixdə ilk belə kuboku qazanıb.
OXŞAR XƏBƏRLƏR