UEFA Emre Belözoğlunu cəzalandırdı

İDMAN
19:00 01.09.2022
277
UEFA Türkiyənin "Başakşehir" komandasının baş məşqçisi Emre Belözoğlunu cəzalandırıb.

Buna 42 yaşlı mütəxəssisin İsrailin "Makkabi" (Netanya) komandasına qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında Pro lisenziyası olmadığı halda, texniki zonada yer alması səbəb olub.

UEFA Belözoğlunu lisenziyası olanadək avrokubok matçlarından iştirakdan uzaqlaşdırıb.

İstanbul təmsilçisi bu səbəbdən, 10 min avro cərimələnib. Avropa futbol qurumu İsraildəki cavab görüşünün gec başlaması ucbatından da "Başakşehir"ə eyni məbləğdə cəza kəsib. Belözoğlunun köməkçisi Erdinç Sözerə isə xəbərdarlıq olunub.

Qeyd edək ki, Türkiyədə rəqibi ilə 1:1 hesablı heç-heçə edən "Başakşehir" İsraildə minimal hesablı qələbə qazanıb və qrup mərhələsinə yüksəlib. A qrupunda yer alan komandanın rəqibləri "Fiorentina" (İtaliya), "Harts" (Şotlandiya) və RFŞ (Latviya) olacaq.
 
///Report
OXŞAR XƏBƏRLƏR