UEFA Arbitraj Məhkəməsi Türkiyənin “Fənərbağça” və “Beşiktaş” klublarının avrokuboklardan kənarlaşdırılmaları ilə bağlı şikayətlərini rədd edib. Azerisport.az xəbər verir ki, qitə futbol qurumu “qara-qartallar”ın bir illik avrokuboklardan uzaqlaşdırması ilə bağlı verilən qərarı təsdiqləyib.
“Fənərbağça” klubuna verilən cəza isə nisbətən yüngülləşdirilib. Belə ki, onlara tətbiq olunan 2+1 illik cəza 2 ilə endirilib.
Bu qərarın ardından “Fənərbağça” və “Beşiktaş” Beynəlxalq İdman Arbitraj məhkəməsinə müraciət edəcəyi barədə rəsmi açıqlama yayıblar.
Qeyd edək ki, UEFA-nın verdiyi qərara əsasən, Çempionlar Liqasında “Fənərbağça” klubunun yerinə “Bursaspor”, Avropa Liqasında isə “Beşiktaş”ın əvəzinə “Kayserispor” iştirak edəcək.