UEFA "İnter" və "Roma"dan Avropa Liqasından çıxmalarını xahiş etdi

UEFA "İnter" və "Roma"dan Avropa Liqasından çıxmalarını xahiş etdi
İDMAN
14:56 12.03.2020
4168
UEFA prezidenti Aleksander Çeferin İtaliyanın "İnter" və "Roma" klublarına müraciət edib.

Sloveniyalı futbol funksioneri A Seriyası təmsilçilərindən Avropa Liqasını tərk etmələrini xahiş edib.

A.Çeferin turnirin davam etdirilməsi üçün bunun vacib olduğunu klubların diqqətinə çatdırıb.

Qeyd edək ki, Avropa Liqasının 1/8 final mərhələsində "İnter"lə "Roma"nın İspaniya təmsilçiləri "Xetafe" və "Sevilya" ilə səfər matçları koronavirusa görə təxirə salınıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR