UEFA nümayəndəsi "Qarabağ"a görə Bakıya gəldi - FOTO

İDMAN
17:26 16.12.2014
2105
UEFA-nın baş katibinin müavini Teodor Teodoridis Bakıya 1 günlük səfərə gəlib.
AZXEBER.COM-un AFFA-ya istinadla verdiyi məlumata görə, UEFA rəsmisi bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayevlə görüşüb. Görüşdə Avro-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı təşkilati məsələlər müzakirə edilib.
Bununla yanaşı, görüş zamanı regionda futbolun inkişafı və Avropa Liqasının qrup mərhələsində keçirilmiş “Qarabağ” – “İnter” oyunu da müzakirə olunub.
AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov görüşdə iştirak edib.
OXŞAR XƏBƏRLƏR