UEFA prezidenti etiraf etdi: “Fənərbaxça” azarkeşləri məni asmaq istəyir”

İDMAN
12:25 27.08.2011
1724
UEFA prezidenti Mişel Platini əvvəllər çox sevildiyi Türkiyəyə getməkdən qorxur. Platini Türkiyəyə gedəcəyi halda, “Fənərbaxça” azarkeşlərinin onu asmaq istəyəcəyini bildirib.Dünən Monakoda Super Kubok oyunundan əvvəl jurnalistlərə açıqlama verən UEFA prezidenti “futbol oynayarkən “Fənərbaxça” klubuna gedəndə, hər kəs məni çox sevirdi. İndi getsəm, hər kəs məni asmaq istəyəcək” deyib. FİFA və ya UEFA prezidentliyinin də çox cəlbedici vəzifə olmadığını qeyd edən Platini oyun alqı-satqısının hazırda çox böyük problem olduğunu və FİFA ilə birlikdə bu məsələni həll etmək məcburiyyətində olduqlarını bəyan edib.

OXŞAR XƏBƏRLƏR