UEFA "Qarabağ"-a 8 milyon manat göndərdi

UEFA "Qarabağ"-a 8 milyon manat göndərdi
İDMAN
15:25 24.09.2018
3683
"Qarabağ”ın Avropa Liqasında iştirakı və son 10 ildə performansına görə UEFA tərəfindən ayrılmış 4 milyon 35 min 740 avro (hazırkı məzənnə ilə 8 milyon 58 min 152 manat) maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

AZXEBER.COM xəbər verir ki, Ağdam təmsilçisinə Avropa Liqasindakı iştirakı üçün (48 kluba bu məbləğ ayrılıb) - 2 milyon 750 min avro ayrılıb. 

Əmsalların sıralamasına əsasən, "Qarabağ” klubunun son 10 ildəki performansına görə isə 1 milyon 285 min 740 avro köçürülüb. 

OXŞAR XƏBƏRLƏR