UEFA “Qarabağ”ı cərimələdi

UEFA “Qarabağ”ı cərimələdi
İDMAN
11:27 29.11.2025
114
UEFA "Qarabağ” futbol klubunu cəzalandırıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "The Sun” nəşri məlumat yayıb.

Bildirilib ki, cəzaya Bakıda İngiltərənin "Çelsi” komandası ilə keçirilən (0:5) UEFA Gənclər Liqasının (U-19) 4-cü tur matçında tribunalarda baş verən xoşagəlməz insident səbəb olub.

Məlumata görə, klub 5 min avro məbləğində cərimələnib. Bununla yanaşı, U-19 komandası UEFA-nın bayrağı altında bir oyunu azarkeşsiz keçirməli olacaq, lakin bu qərarın icrası həmin qərarın qəbul edildiyi tarixdən etibarən bir il sınaq müddəti ilə dayandırılıb.

Xatırladaq ki, görüş zamanı meydan sahiblərindən bir azarkeş, qonaq komandanın futbolçusu Sol Qordanın vurduğu qoldan sonra ona qarşı irqi ayrı-seçkilik nümayiş etdirib. Matçdan sonra "Çelsi” bu hərəkəti qınayıb, "Qarabağ” isə hadisəyə görə təəssüf etdiyini bildirərək məsələ ilə bağlı araşdırma aparmağa hazır olduğunu açıqlayıb.
OXŞAR XƏBƏRLƏR