UEFA "Qarabağ"ın legionerinin vurduğu qolu fərqləndirdi - VİDEO

İDMAN
18:32 22.09.2022
399
UEFA "Qarabağ"ın futbolçusu Marko Yankoviçin Avropa Liqasının G qrupunun II tur oyununda Fransanın "Nant" komandasına vurduğu qolu fərqləndirib.

Bununla bağlı turnirin sosial şəbəkə hesablarında paylaşım edilib.

Monteneqrolu yarımmüdafiəçinin fərqləndiyi epizodun paylaşıldığı videonun üzərində bu sözlər yazılıb: "Marko Yankoviç tərəfindən güc və dəqiqlik".

Qeyd edək ki, "Qarabağ" Bakıda "Nant"a 3:0 hesabı ilə qalib gəlib. Yankoviç matçda sonuncu qolun müəllifi olub.

OXŞAR XƏBƏRLƏR