Ali futbol qurumu klubun şikayәtini rәdd edib
Bu barәdә "Qarabağ"ın türkiyәli vәkili Gürur Gaye Günal Facebook-da yazıb. UEFA Azәrbaycan klubuna apellyasiya şikayәti vermәyi tәklif edib.
UEFA-nın iclasında matçın hakimliyi məsələsinə toxunulacaq. Çexiyalı hakim Miroslav Zelinkanın cəzalandırılacağı gözlənilir. Oyunun təkrar keçirilmə ehtimalı isə sıfıra bərabərdir.
Xatırladaq ki, UEFA Avropa Liqasının qrup mәrhәlәsindәki son oyunda “Qarabağ” – “İnter” matçının əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Riçard Almeyda rəqib qapısına yol tapsa da, matçın baş hakimi Miroslav Zelinka bu qolu ofsayd kimi qiymətləndirərək qeydə almayıb. Nəticədə Ağdam təmsilçisinin də yer aldığı qrupdan növbəti mərhələyə “İnter” və “Dnepr” klubları adlayıb. (musavat.com)
