UEFA Qazaxıstan Futbol Federasiyasını cərimələyib

UEFA Qazaxıstan Futbol Federasiyasını cərimələyib
DÜNYA
19:10 15.10.2025
114
UEFA Qazaxıstan Futbol Federasiyasını 8750 avro cərimələyib.

Buna 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Qazaxıstan - İngiltərə oyununda yaşananlar səbəb olub.

Sentyabrın 8-də gerçəkləşən qarşılaşmada meydana azarkeşlərin daxil olmasına görə quruma 1250 avro cərimə tətbiq edilib. Federasiya görüşün gec başlaması ucbatından isə 7500 avro ödəməli olacaq.

Qeyd edək ki, qarşılaşma İngiltərənin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
\report
OXŞAR XƏBƏRLƏR