UEFA Region Kuboku: "Cəbrayıl" Belarus komandasına uduzub

UEFA Region Kuboku: "Cəbrayıl" Belarus komandasına uduzub
İDMAN
18:09 24.06.2022
224
UEFA Region Kubokunda seçmə mərhələnin II qrupunda ilk oyun keçirilib.

Azərbaycan təmsilçisi "Cəbrayıl” Belarusun "Kolos” komandası ilə qarşılaşıb.

Şamaxı şəhər stadionunda təşkil olunmuş qarşılaşma "Kolos"un əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 10-cu dəqiqədə "Şamaxı"nın futbolçusu Mehman Süleymanlı açıb. Lakin 40-cı dəqiqədə Babək Allahverdiyev qırmızı vərəqə alaraq, yerli komandanı azlıqda qoyub.

Qonaqlar say üstünlüyündən ikinci hissədə yararlanmağı bacarıblar. Denis Simançik 62-ci, Aleksandr Paleşçuk isə 74-cü dəqiqədə fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.

İki komanda arasında iyunun 24-də təkrar qarşılaşma keçiriləcək.

UEFA Region Kuboku

24 iyun

16:00. "Kolos” - "Cəbrayıl” - 2:1

Qollar: Denis Simançik, 62. Aleksandr Paleşçuk, 74 - Mehman Süleymanlı, 10

Qırmızı vərəqə: Babək Allahverdiyev, 40 ("Cəbrayıl")

Şamaxı şəhər stadionu

Baş hakim: Damian Silvestrjak (Polşa)

Baş hakimin köməkçiləri: Bartoş Kaşinsk (Polşa), Paskal Hirzel (İsveçrə)

Dördüncü hakim: Luka Sibelli (İsveçrə)

Qeyd edək ki, I qrupun ilk tur matçında Gürcüstanın "Basiani” komandası Estoniya təmsilçisi "Tallinna Zapoos”u 3:1 hesabı ilə yenib.
OXŞAR XƏBƏRLƏR