UEFA Rusiyanın Asiya Futbol Konfederasiyasına qoşulmasının əleyhinədir

UEFA Rusiyanın Asiya Futbol Konfederasiyasına qoşulmasının əleyhinədir
İDMAN
18:58 23.12.2022
237
UEFA rəhbərliyi Rusiya Futbol İttifaqının Asiya Futbol Konfederasiyasına qoşulmasının əleyhinədir.

AZXEBER.COM yerli "Championat" nəşrinə istinadən xəbər verir ki, təşkilat Rusiyanın üzvlüyünü itirmək istəmir.

Qurum geosiyasi vəziyyətin gərginliyi azaldıqdan sonra Rusiyanın yenidən Avropa futboluna inteqrasiya etməsinin tərəfdarıdır.

Bildirilib ki, UEFA üçün belə ölkənin üzvlükdən çıxması indiki durumda reputasiyaya böyük zərbə olacaq.

Qeyd edək ki, Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsi bu gün Asiya Futbol Konfederasiyasına keçmək imkanını müzakirə edəcək.
OXŞAR XƏBƏRLƏR