UEFA Super Kubokunu ardıcıl üçüncü dəfə almaniyalı baş məşqçi qazanıb

UEFA Super Kubokunu ardıcıl üçüncü dəfə almaniyalı baş məşqçi qazanıb
İDMAN
09:27 12.08.2021
624
UEFA Super Kubokunu ardıcıl üçüncü dəfə almaniyalı baş məşqçinin rəhbərlik etdiyi komanda qazanıb.

AZXEBER.COM-un məlumatına görə, son olaraq bu titula İngiltərə "Çels"si ilə Tomas Tuxel sahib çıxıb.

London təmsilçisi finalda İspaniyanın "Vilyarreal" klubunu məğlub edib. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə bitib. İngiltərə klubu penaltilər seriyasında rəqibini 6:5 hesabı ilə üstələyib.

Qeyd edək ki, 2019-cu ildə UEFA Super Kubokunu almaniyalı Yurgen Kloppun rəhbərlik etdiyi İngiltərə "Liverpul"u, 2020-ci ildə isə "Bavariya" ilə Hans-Diter Flik qazanıb.
OXŞAR XƏBƏRLƏR