Uels millisinin yeni baş məşqçisi açıqlanıb

İDMAN
19:20 09.07.2024
178
Futbol üzrə Uels millisinin yeni baş məşqçisi müəyyənləşib.

Bu barədə Uels Futbol Assosiasiyası məlumat yayıb.

Yığma Kreyq Bellamiyə tapşırılıb. 48 yaşlı mütəxəssin müqaviləsi 2028-ci ilin yayınadək nəzərdə tutulub. O, bu postda Rob Peyci əvəzləyib.

Qeyd edək ki, Kreyq Bellami 1998-2013-cü illər aralığında Uels millisinin formasını geyinib.

OXŞAR XƏBƏRLƏR