UFAZ-da 10-cu dəfə qəbul imtahanları keçirilib - FOTOLAR

UFAZ-da 10-cu dəfə qəbul imtahanları keçirilib - FOTOLAR
SOSİAL
10:38 30.07.2025
140
İyulun 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) bakalavriat səviyyəsi üzrə sayca 10-cu qəbul imtahanı keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, bu il əvvəlki illərlə müqayisədə rekord sayda — 627 nəfər imtahanda iştirak etmək üçün müraciət edib. Onlardan 553 nəfər imtanda iştirak hüququ qazanıb. İmtahanda iştirak edən abituriyentlərin Dövlət İmtahan Mərkəzi (DİM) üzrə orta balı 553,54 təşkil edib. Namizədlər arasında ən yüksək nəticə 681, ən aşağı nəticə isə 450 bal olub.

İmtahan iştirakçılarının 182-si qız, 279-u isə oğlandır. Namizədlərdən 330 nəfəri imtahanı Azərbaycan dilində, 131 nəfəri isə rus dilində verib.
İmtahan prosesi zamanı ADNSU-nun rektoru, dosent Rüfət Əzizov prosesi yaxından izləyib və valideynlərlə görüş keçirib. Görüşdə imtahanların təşkili məqsədilə Strasburq Universitetinin Kimya və Kimya Mühəndisliyi Tədqiqat Şöbəsinin müdiri, UFAZ-ın magistratura proqramları üzrə koordinatoru professor Kristofer Serra da iştirak edib.

Qeyd edək ki, 2025–2026-cı tədris ili üzrə UFAZ-da bakalavriat pilləsinə 5 ixtisas üzrə ümumilikdə 190 tələbənin dövlət sifarişi əsasında qəbul olunması nəzərdə tutulur.

İmtahan nəticələri iyulun 31-də elan olunacaq.

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR