UFAZ-da karyera sərgisi - 40 şirkət mövcud vakansiyalar və təcrübə proqramlarını təqdim edib

UFAZ-da karyera sərgisi - 40 şirkət mövcud vakansiyalar və təcrübə proqramlarını təqdim edib
SOSİAL
13:31 29.11.2025
120
Noyabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) təşkilatçılığı ilə ənənəvi Karyera sərgisi keçirilib. Sərgi qabaqcıl şirkətlər, sənaye liderləri və sahə peşəkarlarını yuxarı kurs tələbələri və məzunlarla bir araya gətirib.

AZXEBER.COM xəbər verir ki, tədbir ADNSU-nun nəzdində fəaliyyət göstərən UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərovun açılış nitqi ilə başlayıb. O, sərgi haqqında məlumat verdikdən sonra ADNSU-nun rektoru, dosent Rüfət Əzizov qonaqları salamlayıb və universitetin fəaliyyəti, əldə olunan nəticələr barədə təqdimatla çıxış edib. Rektor bildirib ki, bu cür sərgilər müəssisələrlə yuxarı kurs tələbələrinin bir araya gəlməsi üçün əlverişli platformadır. O, həmçinin ADNSU və UFAZ məzunlarının istehsalat müəssisələrində yüksək tələbat gördüyünü vurğulayıb. Rektor Rüfət Əzizov qeyd edib ki, ali təhsil müəssisəsi olaraq sənaye ilə sıx əməkdaşlıq əlaqələri formalaşdırılıb və bu, tələbələrin işə qəbul və təcrübə imkanlarını genişləndirməklə yanaşı, əmək bazarında hansı ixtisaslara daha çox ehtiyac duyulduğunu müəyyənləşdirmək baxımından mühüm rol oynayır.

Rəsmi hissədən sonra sərgi zonası tələbələrin ixtiyarına verilib.

"SOCAR”, "SOCAR Polymer”, bp, "Azercell”, "SOCAR Downstream”, "AzerGold”, "Azersun”, "TotalEnergies”, "EiGroup”, "Deloitte”, ABB, "Simbrella”, "Azerconnect”, SLB, "AzInTelecom”, "Bakı Metropoliteni” QSC, "EY Azerbaijan”, NORM, JOCAP və "Turan Drilling”, Möcüzə Dad şirkəti, Azərsun Holdinq də daxil olmaqla 40 şirkət sərgidə öz stendləri ilə təmsil olunub. Şirkət nümayəndələri fəaliyyət istiqamətləri, kadr seçimi zamanı üstünlük verdikləri keyfiyyətlər, mövcud vakansiyalar və təcrübə proqramları barədə iştirakçılara ətraflı məlumat veriblər.

Sərgini ziyarət edən 500-dən çox tələbə və məzun şirkət nümayəndələrinə yaxınlaşaraq onları maraqlandıran suallara cavab alıb, əmək bazarının cari tələbləri, ixtisasyönümlü layihələr, iş və təcrübə imkanları ilə tanış olublar.
Sərgi ilə paralel olaraq müxtəlif mövzularda informativ sessiyalar keçirilib. UFAZ-ın magistratura ixtisasları haqqında məlumat təqdim edilib. Dövlət Məşğulluq Agentliyi iştirakçılar üçün iki saatlıq səyyar konsultasiya təşkil edib. "AZCON Holding” isə "Rəqəmsal körpü” təcrübə proqramını auditoriyaya təqdim edib.

Karyera sərgisi tələbə və məzunların peşəkar inkişafına dəstək göstərmək və sənaye ilə daha sıx əlaqə yaratmaq məqsədilə mühüm platforma kimi dəyərləndirilib.

Qeyd edək ki, UFAZ-da 2021-ci ildən etibarən hər il Karyera sərgisi keçirilir. İlk sərgi UFAZ, Fransanın Azərbaycandakı Səfirliyi, Azərbaycan-Fransa Ticarət Palatası və Azərbaycan-Fransa Məzunları Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub. 2022-ci ildə sərgi növbəti dəfə keçirilərək regional və beynəlxalq şirkətləri UFAZ-da tələbələrlə bir araya gətirib. 2023-cü ildə keçirilən sərgidə 40-dək şirkət stendləri və təqdimat sessiyaları ilə iştirak edib. 2024-cü ildə isə ənənəvi Karyera Sərgisi UFAZ-ın Karyera Mərkəzi və ADNSU-nun Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
 

 

 

 

 

 

 

 

 

 




OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
18:42 31.07.2026
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
18:26 31.07.2026
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
18:10 31.07.2026
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
18:02 31.07.2026
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
17:54 31.07.2026
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
17:46 31.07.2026
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
17:29 31.07.2026
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
17:25 31.07.2026
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
17:14 31.07.2026
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
16:58 31.07.2026
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
16:41 31.07.2026
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
16:26 31.07.2026
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
16:14 31.07.2026
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
16:04 31.07.2026
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
15:51 31.07.2026
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı
15:37 31.07.2026
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı