UFC-də döyüşən yeganə azərbaycanlı haqqında film çəkildi - VİDEO

UFC-də döyüşən yeganə azərbaycanlı haqqında film çəkildi - VİDEO
İDMAN
23:18 06.07.2021
1035
ABŞ-da yaşayan azərbaycanlı rejissor Elmar Bayramov UFC-də (Ultimate Fighting Championship) döyüşən yeganə Azərbaycan əsilli döyüşçü Rəfael Fiziyev haqqında sənədli film çəkib.

AZXEBER.COM xəbər verir ki, "Çempionla bir gün” adı altında çəkilən filmdə R.Fiziyevin həyatı və peşəkar döyüş karyerasından bəhs olunub.

Atası azərbaycanlı olan dünya şöhrətli idmançı Qazaxıstanda dünyaya gəlib və hazırda Taylandda fəaliyyətini davam etdirir. Rejisssor E. Bayramov hazırda ABŞ-ın Florida ştatının Deerfield şəhərində Sanford döyüş mərkəzində təlimlər keçən döyüşçü haqqında hazırladığı sənədli filmdə onun Azərbaycana bağlılığından və büyük sevgisindən bəhs edib.

E.Bayramov müsahibəsində deyib ki, R.Fiziyevin həyatını ekranlaşdırmaqda məqsəd uğurlu azərbaycanlı kimliyi ilə tanınan peşəkar bir döyüşçünün dünya ictimayyətinə təqdim etmək olub:

"Rəfael müxtəlif döyüş növləri üzrə yüzlərlə mükafata layiq görülüb. Mən Rəfaellə tanış olanda onun Azərbaycanda heç vaxt olmamasına baxmayaraq, ölkəmizə olan dərin sevgisini hiss etdim. Döyüşçünün atası azərbaycanlı, anası isə isə rusdur. Vətən müharibəsi dövründə sosial media üzərindən müxtəlif dillərdə ölkəmizə dəstək mesajları paylaşan idmançının ürəyi Azərbaycanla döyünür. Onun həyat hekayəsindən və peşəkar idman fəaliyyətindən bəhs edən ekran işində əsas mövzu elə Azərbaycandır. O, atasının ölkəmizlə bağlı xatirələrindən, Azərbaycan yeməklərindən, milli atributlarımızdan və yetişdiyi ailədə ona aşılanan Azərbaycanın milli və mənəvi dəyərlərindən bəhs edib. Rəfael yarışlara xalqımızın adət ənənəsində xüsusi yer tutan qədim, milli papaqdan istifadə edərək çıxır”.

Filmdə günümüzün dünyaca məşhur döyüşçüləri Gilbert Burns, Nikahla Lentz və Raymond Daniels və məşqçiləri Henri Huft, Kami Barzini Rəfael haqqında fikirlərini bölüşüblər. İngilis və rus dillərində ərsəyə gələn film hazır olduqdan sonra sənədli film festivallarında iştirak üçün nəzərdə tutulub”.

Rejissor ekranlaşdırdığı sənədli film vasitəsi ilə uğurlu bir azərbaycanlını və ölkəmizi sadəcə ABŞ ictimayyətinə deyil, eyni zamanda dünyaya tanıdacağını deyir: "Film "Old Stone Pictures” media prodakşın tərəfindən istehsal olunub. Filmi sentyabr ayında yekunlaşdırmağı planlaşdırırıq. Ümid edirəm ki, ölkəmizdə də, Rəfaeli tanıyacaqlar və onu dəstəkləyəcəklər”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı