Qaraciyər transplantasiyası gözləyən türkiyəli aktyor Ufuk Özkanın əməliyyatının hazırlıqlarına başlanılıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda aktyorun həkimləri məlumat verib.
"Ən uyğun donor namizədi Salih Kıvırcık üçün hüquqi təsdiq prosesləri başa çatıb. Həm resipientimiz Ufuk Özkan, həm də donorumuz Salih bəy ilə uğurlu əməliyyat üçün hazırlıqlara başlamışıq. Tezliklə sizə şad xəbəri verəcəyik"- deyə, həkimlər məlumatda bildiriblər.
Aysel










































