Dünyaca məşhur aktyor və repçi Uill Smit qastrol səfərində birlikdə çalışdığı musiqiçisi Brayan Kinq Cozef tərəfindən məhkəməyə verilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, musiqişi Smiti təqib, haqsız yerə işdən çıxarma və cinsi zorakılıqda günahlandırıb.
İddia ərizəsinə görə, Cozef Smitin birlikdə çalışdıqları turne zamanı icazəsiz olaraq onun otağına daxil olduğunu, şəxsi əşyalarını götürdüyünü və ona cinsi zorakılıq mesajı verən məktub yazdığını bildirib.
Cozef iddia edir ki, hadisəni otel işçilərinə və Smitin komandasına bildirsə də, onu yalançı adlandırararq işdən azad ediblər.
Smit hələlik məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Aysel










































