Uill Smitin oğlu evsizlərə pulsuz yemək verən restoran açdı

Uill Smitin oğlu evsizlərə pulsuz yemək verən restoran açdı
MAQAZİN
12:49 20.06.2025
271
"The Karate Kid” filminin uşaq ulduzu və məşhur Hollivud aktyoru Uill Smitin oğlu Jaden Smith alqışalaiq addım atıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, o, "Səni sevirəm” adlı restoran açıb.
 
Jaden şəxsi məkanında ehtiyacı olan insanlara və evsizlərə pulsuz yemək verir.

Onun təsis etdiyi restoran sistemindəki bu yeniliklə imkanı olmayan hər kəs pulsuz səhər yeməyi, nahar və şam yeməyi ala bilər.

Balaca Smit "Küçədə yeməyə heç nəyi olmayan insanlar olduğu halda mənim milyonlarım ola bilməz”  şüarı ilə böyük alqış qazanıb.
 
Aysel
OXŞAR XƏBƏRLƏR