Uitkoff: “Sabah Putinlə görüşə gedirəm”

Uitkoff: “Sabah Putinlə görüşə gedirəm”
DÜNYA
23:13 30.11.2025
133
ABŞ-da Tramp administrasiyasının xüsusi nümayəndələri ilə Ukrayna heyəti arasında Floridada keçirilən danışıqlardan dərhal sonra proses gözlənilmədən sürətlənib.

Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff açıqlamasında bildirib ki, sabah Vladimir Putinlə görüşmək üçün Moskvaya yola düşəcək. Bu bəyanat Vaşinqton–Kiyev xəttində kritik məqamda səslənib və danışıqların yeni fazaya keçdiyini göstərir.

Florida raundunda tərəflər bir sıra əsas məsələləri müzakirə edib. ABŞ rəsmiləri açıq şəkildə vurğulayıblar ki, təhlükəsizlik zəmanətləri və ərazi məsələləri üzrə yekun qərar yaxın günlərdə verilməlidir. Uitkoffun Moskva səfəri isə bu mövzuda həlledici mərhələyə daxil olunduğunu təsdiqləyir.

Ekspertlər bildirirlər ki, proses sürətlənib və yaxın saatlarda daha sərt və dramatik bəyanatların verilməsi ehtimalı yüksəkdir.

/Musavat.com
OXŞAR XƏBƏRLƏR