Uitkoff Ukrayna ilə Rusiya arasında sülh sazişinin ləngiməsinin səbəbini açıqladı

Uitkoff Ukrayna ilə Rusiya arasında sülh sazişinin ləngiməsinin səbəbini açıqladı
DÜNYA
15:21 22.02.2026
486
ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Uitkoff hesab edir ki, nə Ukrayna, nə də Rusiya bir-biri ilə müharibə aparmaq istəmir. Bununla belə, sülh sazişinin imzalanması prosesi hələlik uzanır.

Bu barədə o, Fox News telekanalına müsahibəsində bildirib.

"Görünür, onlar bir-biri ilə döyüşmək istəmirlər və mən düşünmürəm ki, bunu istəyirlər”, – deyə Uitkoff bildirib.

O, əlavə edib ki, hər iki ölkənin rəhbərliyi səviyyəsində razılaşmanın yekunlaşdırılması çətinlik yaradır. Bu isə hərbi əməliyyatların tezliklə dayandırılması perspektivlərini mürəkkəbləşdirir.

"Düşünürəm ki, rəhbərlik səviyyəsində onlar üçün sazişi yekunlaşdırmaq çətindir”, – deyə Uitkoff vurğulayıb.
 
///apa
OXŞAR XƏBƏRLƏR