Uitni Hyustonun qızı Kristina, oğulluğa götürdüyü Nik Qordonla aşiq-məşuq imiş.Dünyanın məşhur müğənnilərindən olmuş və bir müddət öncə dünyasını dəyişmiş Uitni Hyustonun ailəsi ilə əlaqədar ortaya yeni fakt çıxıb. Belə ki, müğənninin qızı Kristina Braunla Uitninin oğulluğa götürdüyü Nik Qordonla aşiq-məşuq olduğu vurğulanır. 19 yaşlı Kristina 22 yaşlı Nik Braunla əl-ələ tutuşub gedərkən və öpüşərkən paparatsilər tərəfindən lentə alınıb.Onlar arasındakı münasibətdən müğənni də xəbərdar imiş. Amma görünür bu Qərb dəyərləri üçün elə də əhəmiyyət kəsb etmir. /// faktxeber