Ukrayna avqustda ümumi 58 kvadrat kilometr ərazisini azad edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Oleksandr Sirski "telegram"da paylaşım edib.
"2025-ci ilin avqust ayı ordumuz üçün böyük sınaqlarla dolu bir ay oldu, lakin nəticədə bir çox müsbət nəticələr əldə etdik" - deyə Baş qərargah rəisi bildirib.
O bəyan edib ki, ruslar strateji üstünlük əldə etmək üçün yayda Ukraynanın Donetsk və Zaporojya vilayətlərinə hücuma keçib, lakin Ukrayna ordusu bunun qarşısını alıb.
Sirski Rusiya ordusunun hərbi imkanlarını zəiflətmək üçün dərinliklərindəki hədəflərə PUA ilə zərbələr edildiyini qeyd edib.