Kiyev ABŞ rəsmiləri ilə Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlarda Rusiya ilə hava və dənizdə atəşkəs təklif edəcək.
Bu barədə AFP-yə Ukraynalı rəsmi bildirib.
"Bizim səmada və dənizdə atəşkəs təklifimiz var. Çünki bunlar izlənməsi asan olan atəşkəs variantlarıdır və onlarla başlamaq mümkündür,"- rəsmi AFP-yə deyib.