Ukrayna ABŞ və Avropa banklarını Rusiya ilə əlaqələrdə ittiham edir

Ukrayna ABŞ və Avropa banklarını Rusiya ilə əlaqələrdə ittiham edir
DÜNYA
15:04 16.07.2022
251
Ukrayna hökuməti ABŞ-ın "JPMorgan Chase", "Citigroup", Böyük Britaniyanın HSBC və Fransanın "Credit Agricole" şirkətlərini Rusiya nefti ilə ticarət edən şirkətlərlə əməkdaşlığı dayandırmağa çağırıb və əks təqdirdə onlara qarşı Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldıracağı ilə hədələyib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, Ukrayna Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko bu maliyyə qurumlarının rəhbərliyinə müvafiq məktublar göndərib.

O.Ustenko adı çəkilən bankları Ukraynada hərbi əməliyyatların uzanmasına yardım göstərməkdə ittiham edib.

Məktubda "JPMorgan"ın proqnozu tənqid edilir.

Xatırladaq ki, "JPMorgan"ın ekspertləri Rusiyanın enerji resursları üçün maksimum qiymətinin müəyyən ediləcəyi təqdirdə, "qara qızıl"ın bir barelinin 380 dollara yüksəlməsi riskinin olması ilə bağlı xəbərdarlıq etmişdi.

Ukrayna Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri isə hesab edir ki, bu məlumat "çaxnaşma yaradır" və "keyfiyyətsiz təhlil"ə əsaslanır.


 
Bundan başqa, o, Rusiya neftinin ticarəti ilə əlaqələri olan şirkətlərlə əməkdaşlığı dayandırmağı, həmçinin Rusiyanın neft-qaz şirkətlərindəki səhmləri satmağı tələb edib.

HSBC və "Credit Agricole" "Qazprom" və "Rosneft"in səhmlərinə sahibdir. Üstəlik, onlar Rusiya neftinin ticarəti ilə məşğul olan "Lukoyl" və "Vitol"a kredit verir. "JPMorgan" da "Vitol" şirkətinə kredit verir və onun investisiya fondu "Qazprom", "Rosneft" və "Sberbank"da səhmlərə malikdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” – VİDEO
16:12 14.08.2025
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” – VİDEO
Bakı metropoliteninin “ən gənc sərnişini”nə xüsusi sertifikat təqdim olunub
16:06 14.08.2025
Bakı metropoliteninin “ən gənc sərnişini”nə xüsusi sertifikat təqdim olunub
"Namiq Qaraçuxurluya vəsiyyət etmişəm ki..." - Könül Xasıyeva
16:04 14.08.2025
"Namiq Qaraçuxurluya vəsiyyət etmişəm ki..." - Könül Xasıyeva
Metroda doğulan körpə və anası evə buraxıldı
16:04 14.08.2025
Metroda doğulan körpə və anası evə buraxıldı
Azərbaycanda idman polisi yaradılmalıdır? - "Qarabağ"ın maskotu "Kəhər" müzakirə yaratdı
16:04 14.08.2025
Azərbaycanda idman polisi yaradılmalıdır? - "Qarabağ"ın maskotu "Kəhər" müzakirə yaratdı
Ermənistanlı nazir: Azərbaycanla kommunikasiyaların açılması ilə bağlı işçi qrupları yaradılacaq
15:45 14.08.2025
Ermənistanlı nazir: Azərbaycanla kommunikasiyaların açılması ilə bağlı işçi qrupları yaradılacaq
"Şəxsiyyəti pula satmazlar" - Elnarə Abdullayeva
15:44 14.08.2025
"Şəxsiyyəti pula satmazlar" - Elnarə Abdullayeva
Lənkəranda azyaşlını maşın vurub
15:34 14.08.2025
Lənkəranda azyaşlını maşın vurub
Bu universitetdə təhsil haqqı 2 min manat artırıldı
15:17 14.08.2025
Bu universitetdə təhsil haqqı 2 min manat artırıldı
Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edə biləcəklər
15:12 14.08.2025
Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edə biləcəklər
"Bu görüşdən sonra Rusiya və Ukrayna arasında sülh müqaviləsi bağlanması ehtimalı azdır"
15:09 14.08.2025
"Bu görüşdən sonra Rusiya və Ukrayna arasında sülh müqaviləsi bağlanması ehtimalı azdır"
"Toy oxumaqda bir nömrəli müğənni mənəm" - Afət
15:03 14.08.2025
"Toy oxumaqda bir nömrəli müğənni mənəm" - Afət
Azərbaycan hərbçiləri Pakistanda keçirilən hərbi paradda iştirak ediblər - VİDEO
15:01 14.08.2025
Azərbaycan hərbçiləri Pakistanda keçirilən hərbi paradda iştirak ediblər - VİDEO
“İsrail İrana qarşı növbəti dəfə hücuma keçə bilər”
14:58 14.08.2025
“İsrail İrana qarşı növbəti dəfə hücuma keçə bilər”
Dünya ulduzu yenidən türkiyəli fotoqrafı seçdi - FOTOLAR
14:49 14.08.2025
Dünya ulduzu yenidən türkiyəli fotoqrafı seçdi - FOTOLAR
“AFB Bank” faiz gəlirlərinin artımına görə sonuncudur
14:45 14.08.2025
“AFB Bank” faiz gəlirlərinin artımına görə sonuncudur